Muxtəsər təfsir
وَإِذْ قَالَ ٱللَّهُ يَـٰعِيسَى ٱبْنَ مَرْيَمَ ءَأَنتَ قُلْتَ لِلنَّاسِ ٱتَّخِذُونِى وَأُمِّىَ إِلَـٰهَيْنِ مِن دُونِ ٱللَّهِ ۖ قَالَ سُبْحَـٰنَكَ مَا يَكُونُ لِىٓ أَنْ أَقُولَ مَا لَيْسَ لِى بِحَقٍّ ۚ إِن كُنتُ قُلْتُهُۥ فَقَدْ عَلِمْتَهُۥ ۚ تَعْلَمُ مَا فِى نَفْسِى وَلَآ أَعْلَمُ مَا فِى نَفْسِكَ ۚ إِنَّكَ أَنتَ عَلَّـٰمُ ٱلْغُيُوبِ ﴿١١٦﴾
Qiyamət günü Allah Məryəm oğlu İsaya - aleyihssəlam - xitab edərək: "Ey Məryəm oğlu İsa! Sən insanlara: "Allahı qoyub məni və anamı iki məbud qəbul edin!"– demişdin, deyəcəyini yadına sal?!" İsa - aleyihssəlam - Rəbbini bundan uca tutaraq cavabında deyəcək: "Onlara haqdan başqa bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Çünki Sənə heç bir şey gizli qalmaz. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybdə, gizlində və zahirdə olan hər bir şeyi bilən tək Sənsən!