×
المائدةAyə 13

Muxtəsər təfsir

فَبِمَا نَقْضِهِم مِّيثَـٰقَهُمْ لَعَنَّـٰهُمْ وَجَعَلْنَا قُلُوبَهُمْ قَـٰسِيَةً ۖ يُحَرِّفُونَ ٱلْكَلِمَ عَن مَّوَاضِعِهِۦ ۙ وَنَسُوا۟ حَظًّا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ ۚ وَلَا تَزَالُ تَطَّلِعُ عَلَىٰ خَآئِنَةٍ مِّنْهُمْ إِلَّا قَلِيلًا مِّنْهُمْ ۖ فَٱعْفُ عَنْهُمْ وَٱصْفَحْ ۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلْمُحْسِنِينَ ﴿١٣﴾

İsrail oğullarından aldığımız əh­di poz­duqları səbəbindən, Biz on­­ları Öz rəhmətimizdən qovduq və qəlblərini ora heç bir xeyirin və öyüd-nəsihətin fayda verməyəcəyi dərəcədə sərt­ləş­dir­dik. Onlar sözlərin yerlərini dəyişməklə və ayələrin mənalarını öz havalarına uyğun yozaraqla kəlmə­lə­ri təhrif edirlər və özlərinə öyrə­dilmiş şeylərin bəzilərinə əməl etmədilər. Ey Peyğəmbər! Onlardan aldığımız əhdə sadiq olan az bir qismi istisna olmaqla, sən onlardan daim Allaha və Allahın mömin qullarına xəyanət görəcəksən. On­ları əfv et, onlara əzab vermə və təqsirlərin­dən keç. Çünki bu özüdə bir yaxşılıqdır, şübhəsiz ki, Allah yax­şılıq edənləri sevir!