Muxtəsər təfsir
وَمِنَ ٱلَّذِينَ قَالُوٓا۟ إِنَّا نَصَـٰرَىٰٓ أَخَذْنَا مِيثَـٰقَهُمْ فَنَسُوا۟ حَظًّا مِّمَّا ذُكِّرُوا۟ بِهِۦ فَأَغْرَيْنَا بَيْنَهُمُ ٱلْعَدَاوَةَ وَٱلْبَغْضَآءَ إِلَىٰ يَوْمِ ٱلْقِيَـٰمَةِ ۚ وَسَوْفَ يُنَبِّئُهُمُ ٱللَّهُ بِمَا كَانُوا۟ يَصْنَعُونَ ﴿١٤﴾
Biz yəhudilərdən möhkəm bir əhd aldığımız kimi, özlərinin İsanın - aleyhissəlam - davamçıları olduqlarını idda edərək təmizə çıxaranlardan da əhd aldıq. Onlar əcdadları yəhudilərin etdiyi kimi, özlərinə öyrədilmiş şeylərin bəzilərinə əməl etmədilər. Buna görə də onların arasına Qiyamət gününə qədər ədavət və nifrət saldıq və elə bu səbəbdən də bir-birilərini kafir hesab edir və bir-birilərini öldürürlər. Allah qiyamət günü onlara nə etdikləri barədə xəbər verəcəkdir və onlara etdikləri əməllərin əvəzini də verəcəkdir.