×
المائدةAyə 18

Muxtəsər təfsir

وَقَالَتِ ٱلْيَهُودُ وَٱلنَّصَـٰرَىٰ نَحْنُ أَبْنَـٰٓؤُا۟ ٱللَّهِ وَأَحِبَّـٰٓؤُهُۥ ۚ قُلْ فَلِمَ يُعَذِّبُكُم بِذُنُوبِكُم ۖ بَلْ أَنتُم بَشَرٌ مِّمَّنْ خَلَقَ ۚ يَغْفِرُ لِمَن يَشَآءُ وَيُعَذِّبُ مَن يَشَآءُ ۚ وَلِلَّهِ مُلْكُ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَمَا بَيْنَهُمَا ۖ وَإِلَيْهِ ٱلْمَصِيرُ ﴿١٨﴾

Yəhudi və nəsranilərin hər biri özlərinin Allahın oğulları və se­vimliləri olduqlarını idda etdilər. Ey Peyğəmbər! Onlara cavab olaraq de: "Elə isə Allah nə üçün sizə etdiyiniz günah­la­ra görə əzab verir?! Əgər siz iddia etdiyiniz kimi Allahın sevimliləri olsaydınız, o zaman Allah sizi dünyada meymuna və donuza döndərməklə və ölümlə sizə əzab verməzdi. Çünki Allah sevdiyinə əzab verməz. Əksinə, siz Onun yaratdığı adi insanlar kimi bir bəşər­si­niz. İnsanlardan kim yaxşılıq edərsə, Allah onu Cənnətlə mükafatlandırar, kim də pislik edərsə onu cəhənnəmlə cəzalandırar". Allah istədiyi­ni lütfü ilə ba­ğışlar, istədiyinə də ədaləti ilə əzab verər. Göylərin, yerin mülkü və on­la­rın ara­sında olanların mülkü tək Allaha məxsusdur. Dönüş yalnız tək Ona­dır.