Muxtəsər təfsir
يَـٰٓأَهْلَ ٱلْكِتَـٰبِ قَدْ جَآءَكُمْ رَسُولُنَا يُبَيِّنُ لَكُمْ عَلَىٰ فَتْرَةٍ مِّنَ ٱلرُّسُلِ أَن تَقُولُوا۟ مَا جَآءَنَا مِنۢ بَشِيرٍ وَلَا نَذِيرٍ ۖ فَقَدْ جَآءَكُم بَشِيرٌ وَنَذِيرٌ ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿١٩﴾
Ey yəhudi və nəsranilərdən olan Kitab əhli! Peyğəmbərlərin ardı-arası kəsildiyi və peyğəmbərlərin gəlişinə böyük ehtiyac olduğu bir vaxtda üzür gətirərək: "Bizə Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qorxudan kimsə gəlmədi"– deməyəsiniz deyə, sizə Rəsulumuz Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Artıq sizi Allahın savabı ilə müjdələyən və Onun əzabı ilə qorxudan Muhəmməd - sallallahu aleyhi və səlləm - gəldi. Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. Bəşəriyyətə rəsulları göndərmək də Allahın qüdrətinin bir göstəricisidir. Allah bu rəsulları Muhəmmədi - sallallahu aleyhi və səlləm - göndərməklə tamamladı.