×
المائدةAyə 23

Muxtəsər təfsir

قَالَ رَجُلَانِ مِنَ ٱلَّذِينَ يَخَافُونَ أَنْعَمَ ٱللَّهُ عَلَيْهِمَا ٱدْخُلُوا۟ عَلَيْهِمُ ٱلْبَابَ فَإِذَا دَخَلْتُمُوهُ فَإِنَّكُمْ غَـٰلِبُونَ ۚ وَعَلَى ٱللَّهِ فَتَوَكَّلُوٓا۟ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿٢٣﴾

Allahdan və Onun əzabından qorxanlar arasından Alla­hın onları itaətinə müvəffəq etməklə nemət bəxş etdiyi Musanın əshabından iki kişi, qövmünü Musanın - aleyhissəlam - əmrinə tabeçilik göstərməyə həvəsləndirərək de­di: "Qüvvətli adamların üzərinə şəhərin qa­pı­sın­dan daxil olun. Əgər siz qapıdan keçib ora da­xil ol­sanız, Allahın izni ilə və Allah qələbəni Allaha imana və maddi vasitələrdən istifadə edərək səbəblərə bağladığı sünnəsinə inanaraq onlara mütləq qalib gələr­si­niz. Əgər siz həqiqi mömin­siniz­sə, tək Allaha etimad və tə­vək­kül edin!".