×
المائدةAyə 24

Muxtəsər təfsir

قَالُوا۟ يَـٰمُوسَىٰٓ إِنَّا لَن نَّدْخُلَهَآ أَبَدًا مَّا دَامُوا۟ فِيهَا ۖ فَٱذْهَبْ أَنتَ وَرَبُّكَ فَقَـٰتِلَآ إِنَّا هَـٰهُنَا قَـٰعِدُونَ ﴿٢٤﴾

İsrail oğullarından olan Musanın qövmü öz peyğəmbərləri Musanın - aleyissəlam - əmrinə müxalif olaraq israrla dedilər: "Qüvvətli adamlar orada olduqları müddətcə biz əsla o şəhərə girməyəcəyik. Ey Musa! Elə isə sən get Rəbbinlə birlikdə o qüvvətli adamlara qarşı vuruş. Amma biz isə sizinlə birgə vuruşmaqdan geridə qalıb burada öz yerimizdə oturacağıq".