Muxtəsər təfsir
وَكَتَبْنَا عَلَيْهِمْ فِيهَآ أَنَّ ٱلنَّفْسَ بِٱلنَّفْسِ وَٱلْعَيْنَ بِٱلْعَيْنِ وَٱلْأَنفَ بِٱلْأَنفِ وَٱلْأُذُنَ بِٱلْأُذُنِ وَٱلسِّنَّ بِٱلسِّنِّ وَٱلْجُرُوحَ قِصَاصٌ ۚ فَمَن تَصَدَّقَ بِهِۦ فَهُوَ كَفَّارَةٌ لَّهُۥ ۚ وَمَن لَّمْ يَحْكُم بِمَآ أَنزَلَ ٱللَّهُ فَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ ﴿٤٥﴾
Biz Tövratda yəhudilərə, kim bir cana haqsız yerə qəsd edərək qətlə yetirərsə onu da qətilə yetirməyi, kim qəsdən bir göz çıxararsa, onun da gözünü çıxartmağı, kim qəsdən bir kimsənin burnunu kəsərsə onun da burnunun kəsilməsini, kim qəsdən bir kimsənin qulağını qoparasa onunda qulağının qopardılmağını, kim qəsdən bir kimsənin dişini çıxardarsa onun da dişinin çıxardılmağını vacib buyurduq. Biz onlara yazıb hökm etdik ki, cinayətkara, xəsarət yetirdiyi yaranın eyni ilə dərhal cəza verilməlidir. Kim cinayətkarı qisas almadan bağışlayarsa, ona zülm edəni əfv etdiyinə görə, bu onun üçün günahlarına kəffarə olar. Qisas və başqa işlərdə Allahın nazil etdiyi ilə hökm verməyənlər, Allahın hüdudlarını aşanlardır.