×
المائدةAyə 46

Muxtəsər təfsir

وَقَفَّيْنَا عَلَىٰٓ ءَاثَـٰرِهِم بِعِيسَى ٱبْنِ مَرْيَمَ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ ۖ وَءَاتَيْنَـٰهُ ٱلْإِنجِيلَ فِيهِ هُدًى وَنُورٌ وَمُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ مِنَ ٱلتَّوْرَىٰةِ وَهُدًى وَمَوْعِظَةً لِّلْمُتَّقِينَ ﴿٤٦﴾

İsrail oğullarına göndərilən Peyğəmbərlərin ardınca Mər­yəm oğ­lu İsa­nı, Töv­ratda olana iman edən və onunla hökm verən olaraq gön­dər­dik. Biz İncili ona, içərisində haqqa yönəldən, şübhələri dəlillərlə dəf edən, Allahın höklmlərini onlara bəyan edən, özündən əvvəl Tövratda zikr olunan nəsx edilmiş az bir qism hökmlər müstəsna olmaqla, Tövrata müvafiq olaraq verdik. Biz İncili müttəqilər üçün doğ­ru yol göstərən və Allahın onlara haram buyurduğundan çəkindirən etdik.