×
الأنعامAyə 111

Muxtəsər təfsir

وَلَوْ أَنَّنَا نَزَّلْنَآ إِلَيْهِمُ ٱلْمَلَـٰٓئِكَةَ وَكَلَّمَهُمُ ٱلْمَوْتَىٰ وَحَشَرْنَا عَلَيْهِمْ كُلَّ شَىْءٍ قُبُلًا مَّا كَانُوا۟ لِيُؤْمِنُوٓا۟ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ وَلَـٰكِنَّ أَكْثَرَهُمْ يَجْهَلُونَ ﴿١١١﴾

Əgər Biz onların tələblərinə cavab olaraq istədiklərini yerinə yetirib mələk­ləri onlara göndərsəydik və özləridə buna şahid olsaydılar, ölülər də onlarla danış­ıb sənin onlara gətirdiyin dinin doğru olduğunu onlara xəbər versəydilər və tələb etdikləri hər şeyi onların qarşısına top­la­yıb öz gözləri ilə görsəydilər, Allah onlardan kimi doğru yola yönəltmək istədikləri müstəsna olmaqla, onlar sənin gətirdiyin dinə yenə də iman gə­tir­məz­dilər. Lakin onların çoxu bunudan cahildir və Allah onları doğru yola müvəffəq etmək üçün Allaha sığınmazlar.