×
الأنعامAyə 112

Muxtəsər təfsir

وَكَذَٰلِكَ جَعَلْنَا لِكُلِّ نَبِىٍّ عَدُوًّا شَيَـٰطِينَ ٱلْإِنسِ وَٱلْجِنِّ يُوحِى بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ زُخْرُفَ ٱلْقَوْلِ غُرُورًا ۚ وَلَوْ شَآءَ رَبُّكَ مَا فَعَلُوهُ ۖ فَذَرْهُمْ وَمَا يَفْتَرُونَ ﴿١١٢﴾

Biz səni, müşriklərin sənə qarşı düşmənçilik etməklə sınaqa çəkdiyimiz kimi, səndən əvvəlki pey­ğəmbərlərin də hər birinə azğın insanlar və cin­lər­dən düş­mən­ təyin etdik. Onlar biri-birini aldat­maq məq­sədilə bir-birlə­ri­nə vəsvəsə edərək batili gözəl göstərirlər. Əgər Allah istəməsəydi, onlar bunu heç vaxt edə bilməzdilər. Lakin Allah onları sınaqa çəkmək üçün belə olmasını istədi. Onları uydurduqları küfür və batil əməlləri ilə birlik­də tərk et və onlara fikir vermə.