Muxtəsər təfsir
وَإِذْ قَالَ إِبْرَٰهِيمُ لِأَبِيهِ ءَازَرَ أَتَتَّخِذُ أَصْنَامًا ءَالِهَةً ۖ إِنِّىٓ أَرَىٰكَ وَقَوْمَكَ فِى ضَلَـٰلٍ مُّبِينٍ ﴿٧٤﴾
Ey Peyğəmbər! Bir zaman İbrahim - aleyhissəlam - müşrik atası Azərə: "Ey Atacan sən bütləri Allahdan başqa ibadət etdiyin məbud qəbul edirsən?! Mən səni və sənin bütlərə tapınan qövmünü, Allahdan başqasına ibadət etdiyinizə görə, açıq-aydın azğınlıq içində olduğunuzu və haqq yoldan azdığınızı görürəm. Pak olan Allah haqq məbuddur. Ondan başqa olan məbudlar isə batildir"– dediyini yadına sal.