Muxtəsər təfsir
وَكَذَٰلِكَ نُرِىٓ إِبْرَٰهِيمَ مَلَكُوتَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ وَلِيَكُونَ مِنَ ٱلْمُوقِنِينَ ﴿٧٥﴾
Biz, İbrahimə atasının və qövmünün azğınlıqda olduqlarını göstərdiyimiz kimi ona göylərin və geniş yerin mülkünü göstərdik ki, o bu geniş mülklə Allahın təkliyinə və yalnız Onun ibadətə layiq olduğuna dəlil gətirsin və beləliklə də Allahın tək və Onun heç bir şəriki olmadığına yəqinliklə inananlardan olsun. Çünki O hər şeyə qadirdir.