Muxtəsər təfsir
بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَـٰنِ ٱلرَّحِيمِ إِذَا جَآءَكَ ٱلْمُنَـٰفِقُونَ قَالُوا۟ نَشْهَدُ إِنَّكَ لَرَسُولُ ٱللَّهِ ۗ وَٱللَّهُ يَعْلَمُ إِنَّكَ لَرَسُولُهُۥ وَٱللَّهُ يَشْهَدُ إِنَّ ٱلْمُنَـٰفِقِينَ لَكَـٰذِبُونَ ﴿١﴾
Ey Peyğəmbər! Özlərini müsəlman kimi göstərən, küfrlərini isə gizlədən münafiqlər sənin məclisinə gəldikləri zaman: “Biz şəhadət veririk ki, sən, həqiqətən də, Allahın Rəsulusan!” – deyirlər. Allah da bilir ki, sən, həqiqətən də, Onun Rəsulusan. Allah şahiddir ki, münafiqlərin səmimi-qəlbdən sənin Allahın rəsulu olduğuna dair şahidlik etməsinə iddiaları yalandır.