×
المنافقونAyə 2

Muxtəsər təfsir

ٱتَّخَذُوٓا۟ أَيْمَـٰنَهُمْ جُنَّةً فَصَدُّوا۟ عَن سَبِيلِ ٱللَّهِ ۚ إِنَّهُمْ سَآءَ مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٢﴾

Onlar özlərinin mömin olduqlarına dair içdikləri andlarını qətlə yetirilməkdən və əsir götürülməkdən qorunmaq üçün sipər edib insanların qəlbinə şəkk-şübhə salmaqla onları imandan döndərirlər. Həqiqətən, onların ikiüzlülüyü və yalandan and içməsi necə də pisdir!