Muxtəsər təfsir
يَـٰبَنِىٓ ءَادَمَ خُذُوا۟ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍ وَكُلُوا۟ وَٱشْرَبُوا۟ وَلَا تُسْرِفُوٓا۟ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ ﴿٣١﴾
Ey Adəm övladları! Övrət yerinizi örtən libasınızı, namaz qılarkən və təvaf edərkən təmiz və gözəl geyimlərinizi geyin. Allahın sizə halal etdiyi pak ruzilərdən istədiyiniz qədər yeyin-için, lakin həddi aşaraq israfa yol verməyin və halalı tərk edib harama keçməyin. Şübhəsiz ki, Allah həddi aşaraq israf edənləri sevməz!