Muxtəsər təfsir
قُلْ مَنْ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِىٓ أَخْرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَـٰتِ مِنَ ٱلرِّزْقِ ۚ قُلْ هِىَ لِلَّذِينَ ءَامَنُوا۟ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا خَالِصَةً يَوْمَ ٱلْقِيَـٰمَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْـَٔايَـٰتِ لِقَوْمٍ يَعْلَمُونَ ﴿٣٢﴾
Ey Peyğəmbər! Allahın, libas, pak ruzi və s. bu kimi halal etdiyi şeyləri haram edən müşriklərə cavab olaraq de: "Zinət əşyası olan libasınızı və Allahın sizə ruzi olaraq bəxş etdiyi pak yeməkləri və içkiləri sizə kim haram etmişdir?! Ey Peyğəmbər! De: "Bu pak ruzilərə dünya həyatında bütün insanlar - möminlər və kafirlər şərik olsalar da, Qiyamət günü isə bunlar yalnız möminlərə məxsus olacaq və heç bir kafirin bu ruzilərdən payı olmayacaq. Çünki Cənnət kafirlərə haramdır". Biz ayələri dərk edən adamlar üçün belə bir təfsilatla izah edirik. Çünki bu ayələrdən ibrət alan elə məhz onlardır.