Muxtəsər təfsir
لِّنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَن يُعْرِضْ عَن ذِكْرِ رَبِّهِۦ يَسْلُكْهُ عَذَابًا صَعَدًا ﴿١٧﴾
Belə edərik ki, onları sınayaq görək, Allahın nemətlərinə şükür edəcəklər, yoxsa nankor olacaqlar? Kim Qurandan və onun içindəki öyüd-nəsihətlərdən üz çevirərsə, Rəbbi onu məşəqqətli, həm də, dözə bilməyəcəyi bir əzaba düçar edər.