×
الجنAyə 18

Muxtəsər təfsir

وَأَنَّ ٱلْمَسَـٰجِدَ لِلَّهِ فَلَا تَدْعُوا۟ مَعَ ٱللَّهِ أَحَدًا ﴿١٨﴾

Şübhəsiz ki, məscidlər heç kəsə deyil, məhz pak və müqəddəs Allaha məxsusdur. Elə isə orada Allahla yanaşı heç kəsə dua etməyin, yoxsa yəhudilərin öz sinaqoqlarında, nəsranilərin də öz kilsələrində Allahdan qeyrisinə dua etdiyi kimi dua etmiş olarsınız.