×
التوبةAyə 100

Muxtəsər təfsir

وَٱلسَّـٰبِقُونَ ٱلْأَوَّلُونَ مِنَ ٱلْمُهَـٰجِرِينَ وَٱلْأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحْسَـٰنٍ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّـٰتٍ تَجْرِى تَحْتَهَا ٱلْأَنْهَـٰرُ خَـٰلِدِينَ فِيهَآ أَبَدًا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ ﴿١٠٠﴾

Vətənlərini, yurdlarını, ev-eşiklərini Allah yolunda tərk edib, imanda hamını ötüb ke­çən ilk mü­hacirlərdən və Allahın elçisinə (sallallahu aleyhi və səlləm) çətin anda yardım edən ənsar­dan, həm­çinin düzgün əqidə sahibi olaraq, gözəl sözlər söyləyib, yax­şı işlər gör­mək­də və mühacir və ənsrların ardınca ge­dən­ kimsələrdən Allah ra­zı­ qaldı və onların etdikləri saleh əməlləri Öz dərgahında qəbul etdi. Allah onlara böyük savab bəxş etdiyi üçün, onlar da Allahdan razı qaldılar. Allah onlar üçün qəsrləri altından çay­lar axan, içində əbədi qala­caq­ları cənnətlər hazır­lamış­dır. Bu mükafata nail olmaq, böyük uğur­dur!