Muxtəsər təfsir
وَمِنَ ٱلْأَعْرَابِ مَن يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْـَٔاخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَـٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٰتِ ٱلرَّسُولِ ۚ أَلَآ إِنَّهَا قُرْبَةٌ لَّهُمْ ۚ سَيُدْخِلُهُمُ ٱللَّهُ فِى رَحْمَتِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌ رَّحِيمٌ ﴿٩٩﴾
Səhrada yaşayan ərəblərdən eləsi də vardır ki, Allaha və qiyamət gününə inanır, Allah yolunda xərclədiyi malı Allah yanında yaxınlıq və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) dualarına və Allahdan onun üçün bağışlanma istəməsinə nail olmaq üçün vasitə sayır. Agah olun ki, onların Allah yolunda mallarından xərcləməsi və Peyğəmbərin (sallallahu aleyhi və səlləm) də onlar üçün dua etməsi, onlar üçün Allaha yaxınlaşmağa bir vasitədir və o kimsə, Allahın hər bir şeyi əhatə etmiş geniş mərhəmətinə və Cənnətinə qovuşaraq savabını Allah yanında görəcəkdir. Allah, Ona tövbvə edən qullarını bağışlayandır və onlara qarşı rəhmlidir.