×
التوبةAyə 98

Muxtəsər təfsir

وَمِنَ ٱلْأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ ٱلدَّوَآئِرَ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ ﴿٩٨﴾

Ey möminlər! Səhrada yaşayan münafiq ərəblər içərisində, mallarını bəzən riyakarlıq, bəzən də təqiyyə edərək xərcləsələr belə, xərclədikdə Allahdan savab ummayıb paxıllıq edərək, xərcləmədikləri üçün Allahın əzabından qorxmadığına görə, Allah yolunda xərclədi­yini itki və zərər sa­yanlar, canlarını sizdən qurtarmaq üçün sizə bir bədbəxtlik üz verməsini gözləyən kimsələr də vardır. Allah onların möminlərə arzu etdikləri müsibəti, möminlərə deyil, elə on­la­rın öz başlarına gətirəcəkdir. Allah onların dediklərini eşidəndir, qəlblərində gizlətdiklərini də bi­lir.