Muxtəsər təfsir
وَإِن نَّكَثُوٓا۟ أَيْمَـٰنَهُم مِّنۢ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا۟ فِى دِينِكُمْ فَقَـٰتِلُوٓا۟ أَئِمَّةَ ٱلْكُفْرِ ۙ إِنَّهُمْ لَآ أَيْمَـٰنَ لَهُمْ لَعَلَّهُمْ يَنتَهُونَ ﴿١٢﴾
Əgər müşriklər müəyyən müddət ərzində sizinlə onlar arasında atəşkəsin olması üçün əhd bağladıqdan sonra əhdlərini pozub dininizə eyib edib, aşağılayarlarsa, onlarla döyüşün, çünki onlar küfür başçıları və öndə gedənləridir. Artıq onların qanlarını qorunmasını təmin edən əhd-peymanları yoxdur. Onlarla döyüşün ki, bəlkə Allaha küfür etməkdən, əhdlərini pozmaqdan və dini aşağılamaqdan çəkinsinlər.