×
التوبةAyə 13

Muxtəsər təfsir

أَلَا تُقَـٰتِلُونَ قَوْمًا نَّكَثُوٓا۟ أَيْمَـٰنَهُمْ وَهَمُّوا۟ بِإِخْرَاجِ ٱلرَّسُولِ وَهُم بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَٱللَّهُ أَحَقُّ أَن تَخْشَوْهُ إِن كُنتُم مُّؤْمِنِينَ ﴿١٣﴾

Ey möminlər! Əhd-peymanlarını po­zan, Dərun-nədva da bir yerə yığışıb Peyğəmbəri (sallallahu aleyhi və səlləm) Məkkədən çıxarmaq üçün məşvərət edən, özləri də Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yaxın dostu və sirdaşı olan Xuzəah qəbiləsinə qarşı, Qureyişin yaxın dostu və sirdaşı olan Bəkr qəbiləsinə yardım edərək sizinlə döyüşü birinci başla­yan bir ca­ma­atla nə üçün vuruşmursunuz? Mə­gər onlardan qor­xub, onlarla döyüşməkdən çəkinirsinizmi? Əgər siz həqiqi mö­­min­si­niz­sə, daha çox Uca Allahdan qorxmalı­sı­nız.