×
التوبةAyə 30

Muxtəsər təfsir

وَقَالَتِ ٱلْيَهُودُ عُزَيْرٌ ٱبْنُ ٱللَّهِ وَقَالَتِ ٱلنَّصَـٰرَى ٱلْمَسِيحُ ٱبْنُ ٱللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُم بِأَفْوَٰهِهِمْ ۖ يُضَـٰهِـُٔونَ قَوْلَ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَبْلُ ۚ قَـٰتَلَهُمُ ٱللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ ﴿٣٠﴾

Yəhudi və nəsranilərin hər ikisi də Allaha şərik qoşanlardır. Yəhudilər Üzeyir Alla­hın oğlu­ olduğunu iddia etdikləri zaman Allaha şərik qoşdular. Nəsranilərdə həmçinin Məsih İsa Allahın oğ­lu olduğunu iddia etdikləri zaman Allaha şərik qoşdular. Bu onların heç bir əsası olmayan ağız­ların­dan çı­xan boş sözləridir. Onların bu sözü, özlərindən əvvəlki, "Mələklər Allahın qızlarıdır" – deyən müşriklərin sözlə­rinə ox­şayır. Allah onların bu sözündən uca və böyükdür. Allah on­ları məhv et­sin! Gör onlar necə də açıq-aydın haq­­dan batilə dön­dəri­lirlər!