×
التوبةAyə 31

Muxtəsər təfsir

ٱتَّخَذُوٓا۟ أَحْبَارَهُمْ وَرُهْبَـٰنَهُمْ أَرْبَابًا مِّن دُونِ ٱللَّهِ وَٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوٓا۟ إِلَـٰهًا وَٰحِدًا ۖ لَّآ إِلَـٰهَ إِلَّا هُوَ ۚ سُبْحَـٰنَهُۥ عَمَّا يُشْرِكُونَ ﴿٣١﴾

Yəhudilər Allahı qoyub, öz alimlərini, nəsranilər də rahiblərini özlərinə tanrılar qə­bul et­­dilər. Onlar da Allahın onlara haram etdiklərini halal, Allahın onlara halal etdiyini isə haram etdilər. Nəsranilər, Mər­yəm oğlu Məsih İsa­nı Allahla yanaşı özləri üçün tanrı qə­bul et­­dilər. Halbuki Allah yəhudi alimlərinə, nəsrani rahiblərinə, Üzeyrə və Məryəm oğlu İsaya, yalnız tək olan İlaha ibadət et­məyi və Ona heç bir şeyi şərik qoşmamağı əmr etmişdir. O, tək olan İlahdır. Ondan başqa ibadətə layiq məbud yoxdur. Allah, müşriklərin və qeyrilərinin dedikləri kimi, şəriki olmaqdan pak və ucadır.