Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلْتُمْ إِلَى ٱلْأَرْضِ ۚ أَرَضِيتُم بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مِنَ ٱلْـَٔاخِرَةِ ۚ فَمَا مَتَـٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فِى ٱلْـَٔاخِرَةِ إِلَّا قَلِيلٌ ﴿٣٨﴾
Ey Allaha və Onun Rəsuluna iman gətirib, Allahın şəriətinə əməl edən kimsələr! Sizə nə olub ki, Allah yolunda düşməninizlə döyüşməyə çağırıldığınız zaman ləngidiniz və evlərinizdə qərar tutub qaldınız? Olmaya, fani dünya həyatını və onun keçici ləzzətlərini, Allah yolunda cihad edən mücahidlər üçün axirətdəki əbədi qalan nemətlərə dəyişməyə razısınız? Halbuki dünya həyatının keçici zövqü axirət nemətləri ilə müqayisədə çox dəyərsiz bir şeydir. Axı ağıl sahibi fani olan bir şeyi əbədi qalan şeydən, alçağı əzəmətlidən neçə də üstün tuta bilər?!