×
التوبةAyə 39

Muxtəsər təfsir

إِلَّا تَنفِرُوا۟ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْـًٔا ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍ قَدِيرٌ ﴿٣٩﴾

Ey möminlər! Əgər Allah yolunda düşməninizlə döyüşə çıxmasa­nız, Allah sizi məğlubiyyət, zəlillik və s. bu kimi rüsvayçılıqla əzaba dü­çar edər və sizi ,cihada səfərbərlik elan edildikdə cihada çıxan, Allaha itaətkar başqa bir qövmlə əvəz edər. Sizin Allahın əmrinə müxalif olmanız Ona heç bir zə­rər yetirməz­, çünki Onun sizə ehtiyacı yoxdur, əksinə siz Ona möhtacsınız. Allah hər şeyə qa­dirdir. Onu heç bir şey aciz edə bilməz, Allah, siz olmasanızda Öz dininə və Peyğəmbərinə yardım etməyə qadirdir.