Muxtəsər təfsir
إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ ٱللَّهُ إِذْ أَخْرَجَهُ ٱلَّذِينَ كَفَرُوا۟ ثَانِىَ ٱثْنَيْنِ إِذْ هُمَا فِى ٱلْغَارِ إِذْ يَقُولُ لِصَـٰحِبِهِۦ لَا تَحْزَنْ إِنَّ ٱللَّهَ مَعَنَا ۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيْهِ وَأَيَّدَهُۥ بِجُنُودٍ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلسُّفْلَىٰ ۗ وَكَلِمَةُ ٱللَّهِ هِىَ ٱلْعُلْيَا ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ ﴿٤٠﴾
Ey möminilər! Əgər siz Allahın Elçisinə (sallallahu aleyhi və səlləm) kömək etməsəniz və onun sizi Allah yolunda çihada çıxmaq çağırışına cavab verməsəniz bilin ki, Allah ona artıq müşriklər onu və Əbu Bəkri (Allah ondan razı olsun) Məkkədən çıxartdıqları zaman siz olmadan da kömək göstərmişdir. Kafirlər onları axtardıqları vaxt mağarada gizləndikdə onlar yalnız iki nəfər idilər. Peyğəmbər (sallallahu aleyhi və səlləm) öz yoldaşının müşriklərin onları görəcəklərindən qorxduğu zaman ona: "Kədərlənmə, Allah Öz yardımı və dəstəyi ilə bizimlədir!" – dedi. Bundan sonra Allah Peyğəmbərin qəlbinə bir arxayınlıq nazil etdi, sizin görmədiyiniz mələklərlə ona yardım göstərdi, müşriklərin sözünü alçaltdı və İslamı izzətləndirməklə Allah sözünü ucadır. Allah zatında, güc-qüvvətində və mülkündə qüdrətlidir sahibidir, kimsə Ona məğlub edə bilməz. O, işlərində, insanlar üçün təyin etdiyi qədərin də və həmçinin şəri hökmlərin də hikmət sahibidir.