Muxtəsər təfsir
لَوْ خَرَجُوا۟ فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْضَعُوا۟ خِلَـٰلَكُمْ يَبْغُونَكُمُ ٱلْفِتْنَةَ وَفِيكُمْ سَمَّـٰعُونَ لَهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّـٰلِمِينَ ﴿٤٧﴾
Münafiqlərin sizinlə birgə döyüşə çıxmamaları sizin üçün daha xeyirlidir. Əgər onlar sizinlə birgə döyüşə çıxsaydılar, qəlbinizə şək-şübhə salar və işinizdə qarışıqlığı artıraraq sizi fitnəyə məruz qoyar, sizi parçalamaq üçün səfləriniz arasında söz gəzdirərək aranıza girərdilər. Ey möminlər! Bilin ki, içinizdə onların uydurduqları yalana qulaq asan, ona inanan, bunu insanlar arasında yayan və bu səbəbdən insanlar arasında ixtilaf yaradan kimsələrdə vardır. Allah möminlər arasında şək-şübhə yayan münafiqlərdən olan zalımları tanıyandır!