×
التوبةAyə 48

Muxtəsər təfsir

لَقَدِ ٱبْتَغَوُا۟ ٱلْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا۟ لَكَ ٱلْأُمُورَ حَتَّىٰ جَآءَ ٱلْحَقُّ وَظَهَرَ أَمْرُ ٱللَّهِ وَهُمْ كَـٰرِهُونَ ﴿٤٨﴾

Ey Peyğəmbər! Allahın sənə yardımı gələnədək o, münafiqlər daima möminlər arasında fitnə­kar­lıq et­məyə çalışmış, Təbuk döyüşündən əvvəllər də möminlərin parçalanmasına səy göstərmiş, sə­ni cihad fikrindən daşındırmaq üçün hiylələr qur­araq səni həqiqətdən yayındırmağa çalışmışlar. Axır ki, Allah, münafiqlər istə­mədikləri hal­da dinini izzətləndirdi, düşmənləri məğlub etdi. Çünki onlar batilin haqq üzərində qələbə çalmasını arzu edirdilər.