Muxtəsər təfsir
كَٱلَّذِينَ مِن قَبْلِكُمْ كَانُوٓا۟ أَشَدَّ مِنكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَٰلًا وَأَوْلَـٰدًا فَٱسْتَمْتَعُوا۟ بِخَلَـٰقِهِمْ فَٱسْتَمْتَعْتُم بِخَلَـٰقِكُمْ كَمَا ٱسْتَمْتَعَ ٱلَّذِينَ مِن قَبْلِكُم بِخَلَـٰقِهِمْ وَخُضْتُمْ كَٱلَّذِى خَاضُوٓا۟ ۚ أُو۟لَـٰٓئِكَ حَبِطَتْ أَعْمَـٰلُهُمْ فِى ٱلدُّنْيَا وَٱلْـَٔاخِرَةِ ۖ وَأُو۟لَـٰٓئِكَ هُمُ ٱلْخَـٰسِرُونَ ﴿٦٩﴾
Ey münafiqlər! Siz, küfür və istehza etməkdə eyni ilə sizdən əvvəlki yalan sayan ümmətlər kimisiniz. Onlar sizdən qüvvədə daha üstün, mal-dövlət və oğul-uşaq baxımından daha çox idilər. Onlar dünyadakı öz paylarından və ləzzətlərindən zövq aldılar. Ey münafiqlər! Sizdən əvvəlki yalan sayan ümmətlər, öz paylarından zövq aldıqları kimi, siz də öz payınızdan zövq aldınız. Onlar haqqı yalan sayıb, Peyğəmbərə tənə etdikləri kimi, siz də haqqı yalan sayıb, Peyğəmbərə tənə etdiniz. Məhz bu çirkin sifətlərə sahib olan kimsələr, etdikləri küfürə görə Allah qatında əməlləri batil olan kimsələrdir. Məhz onlar, etdikləri günahlar ucbatından özlərini ziyana uğradan kimsələrdir.