×
التوبةAyə 70

Muxtəsər təfsir

أَلَمْ يَأْتِهِمْ نَبَأُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَٰهِيمَ وَأَصْحَـٰبِ مَدْيَنَ وَٱلْمُؤْتَفِكَـٰتِ ۚ أَتَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ ۖ فَمَا كَانَ ٱللَّهُ لِيَظْلِمَهُمْ وَلَـٰكِن كَانُوٓا۟ أَنفُسَهُمْ يَظْلِمُونَ ﴿٧٠﴾

Məgər o münafiqlərə özlə­rin­dən əvvəl­ki yalan sayan ümmətlərin etdikləri əməllər və bu səbəbdən onların başına gələn müsibətlərin xəbəri –Nuh qövmü­nün, Hud qövmü­nün, Saleh qövmü­nün, İb­rahim qöv­münün, Məd­yən əha­lisinin və Lut qövmü­nün alt-üst edil­miş kən­din xəbəri – ­gəlib çatmadımı? El­çiləri onlara açıq-aydın də­lillər gə­tir­mişdilər. Allah onlara zülm et­mə­di, çünki Elçiləri onlara xəbərdarlıq etmişdir, la­kin onlar Allaha küfür etməklə və Elçiləri yalan saymaqla özləri öz­lə­rinə zülm etdilər.