×
التوبةAyə 71

Muxtəsər təfsir

وَٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَـٰتُ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ أُو۟لَـٰٓئِكَ سَيَرْحَمُهُمُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌ ﴿٧١﴾

Mömin kişilərlə mömin qa­dınlar Allaha və Rəsuluna iman etdikləri üçün bir-birinin dayağı və yardımçısıdırlar. On­lar insanlara tək Allaha ibadət etməyi, namaz qılmağı və s. bu kimi Allahın sevib, razı qaldığı yaxşı işlər gör­məyi əmr edər, küfür, sələm və s. bu kimi Allahın qəzəbləndiyi pis əməl­lə­ri qa­dağan edərlər, namazı kamil şəkildə qılırlar, Alla­ha və Onun Elçisinə itaət edər­lər. Uca Allaha belə gözəl sifətlərə sahib olan kimsələri, Öz rəhmətinə daxil edəcəkdir. Hə­qiqətən, Allah qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. Allah xəlq etməyində, işlərində və şəri hökmlərində hikmət sahibidir.